big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

Vüqar Nadirov olmasaydı…

16.03.2015 , 08:02

Azərbaycan kubokunun 2014/15 mövsümündə ilk het-trik qeydə alınıb.

Korner.az-ın PFL-in saytına istinadən məlumatına görə, 1/4 final mərhələsinin “Bakı” ilə səfərdəki cavab oyununda vurduğu 3 qolla “Qarabağ”ın 4:1 hesablı qələbəsində pay sahibi olan Vüqar Nadirov ilk het-trikin müəllifi kimi tarixə düşüb.

Kubok yarışlarında 2013/14 mövsümündə də bir oyunda 2-dən artıq qol vuran olmamışdı. Sonuncu het-trik isə 2012/13 mövsümünün 1/4 final mərhələsində qeydə alınmışdı. İndiki kimi cavab oyunları çərçivəsində keçirilən matçlar zamanı Ağabala Ramazanov het-trikə imza atıb. O, 2013-cü il martın 7-də “Rəvan”la ev oyununda fərqlənib. Maraqlıdır ki, həm Ramazanov, həm də Nadirov qollardan birini 1-ci, ikisini 2-ci hissədə vurub. Azərbaycan kubokunda iki het-triki 736 gün ayırıb.

Son yazılar

To Top