big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Müsahibə

Vüqar Nadirov: “Bizə vaxtında bunları öyrədən olsaydı, indi Avropada oynayardıq”

08.11.2020 , 14:31

Vüqar Nadirov. Bir vaxtların böyük ümidlər bəslənildiyi futbolçusu, bu gün isə karyerası natamam klub idarəçisi. 31 illik ömrünə, demək olar hər şey sığışıb – atasının şəhadəti, qaçqınlıq həyatı, əziyyətli karyera yüksəlişi və ani eniş. Ancaq o, ümidini itirmir, “bəlkə də qaytardılar” misalı karyerasını da bitirməyib. Kim bilir, bəlkə də şanlıAzərbaycan Ordusunun sentyabrın 27-dən başlatdığı zəfər yürüşü tezliklə bitəcək və tale Vüqara hələ “İmarət”də futbol oynamağı da nəsib edəcək. Yaşadığı bu qədər çətinliklərin qarşılığında belə gözəl mükafat niyə də olmasın?..

İlk vaxtlar administratorluq da etmişəm, idman direktorluğu da

– Vüqar, istəyirəm, “Baku Sportinq” klubuna gəlişindən başlayaq söhbətə. Dəvəti kimdən almışdın? Və artıq təyinatından bir il keçib, bu müddət ərzində nələrə nail olmusan?

Bilirsiz ki, işğal olunmuş torpaqlarımızda döyüşlər gedir. İstəyirəm, əvvəlcə Vətən uğrunda canından keçən şəhidlərimizə Allahdan rəhmət diləyim, hər birinin ruhu qarşısında baş əyirəm. Yaralı əsgərlərimizə isə Allahdan şəfa diləyirəm. Baku Sportinqə gəlincə, hamımızın yaxşı tanıdığı skripkaçı dostum Səlim Abbasov ötən ilin bu çağlarında mənə zəng etdi ki, sənətçilər və futbolçularyığışaq, yoldaşlıq matçı keçirək. Həmin vaxt klub fəaliyyət göstərirdi. Oyunun ertəsi gün Səlim mənimlə 4-5 dəfə əlaqə saxladı ki, bəs rəhbərlik səninlə görüşmək,bu klubda fəaliyyət göstərməyini istəyir. Əvvəlcə fikirləşdim ki, uşaq futboludur, başım ağrıyacaq, mənlik deyil. Sonra qərara aldım ki, gedib görüşüm. Çünki mənim sahəmdir, başqa sahə olsa, heç getməzdim. Görüşdük rəhbərliklə, danışdıq. Şərtlərimi dedim. Dedim ki, mən bu kluba idman direktoru gəlirəmsə, bir şərtlə gəlirəm: məndən nəticə istəməyin. Mənim fikrim yalnız uşaq yetişdirmək olacaq. 5-6 il, bəlkə də hələ çox vaxt lazımdır buna. Şərt qoydum ki, heç kim mənim işimə qarışmasın, klubda hər kəs öz işi ilə məşğul olsun. Hər şeyi nöqtə-vergülünə qədər dedim, razılaşdıq. Əl sıxdıq, müqaviləmizi bağladıq. Birinci il komandanı yığmaq mənə çətin oldu. Uşaqların hərəsini bir tərəfdən yığmışdım, çünki əsas məqsədim o idi ki, çempionatda iştirak edək. Udmaq, uduzmaq önəmli deyildi, əsas olan iştirakdır deyib başladım işə. Bu yolda mənimlə birgə addımlayanlar da oldu, geridə qalanlar da. Şükürlər olsun ki, son çempionatda iki komanda ilə təmsil olunduq. Yenə deyirəm, nəticə qətiyyən önəmli deyildi. Açıq deyəcəm, mən bura gələndə, demək olar ki, klubda heç kimin futboldan anlayışı yox idi. İlk vaxtlar administratorluq da etmişəm, idman direktorluğu da… Şükürlər olsun, yavaş-yavaş yoluna qoyduq hər şeyi, indi tam istədiyim kollektivimiz var. Bax, bu kresloda, demək olar ki, oturmuram, həmişə uşaqların yanında oluram. Bir vaxtlar ekranda gördükləri Vüqar Nadirov onların məşqində iştirak edir və bu onlar üçün stimuldur,

Futbolçu Vüqar uşaq futbolunu necə təsəvvür edirdi və direktor Vüqar uşaq futbolunun vəziyyətini necə gördü?

Bu kluba gələndə uşaq futbolunun bərbad vəziyyətdə olduğunu gördüm. Bu gün hamı uşaq futbolundan nəticə gözləyir. Halbuki burda nəticə yox, inkişaf gözləmək lazımdır. Üzə yaxşı futbolçular çıxartmaq lazımdır. Məqsədimiz, milli komandaya, klublara, Avropaya yaxşı uşaq yetişdirməkdir. Bizim bir oyunçumuz var, hazırda İspaniyanın Valensiya şəhərindədir. Biri isə pandemiyaya görə gedə bilmədi. Bu gün uşaq futbolu üçün hər cür şərait var. O vaxt şərait yox idi, futbolçu var idi. Amma indi şərait var, futbolçu yoxdur. Biz niyə gedib legioner gətirək? Özümüz yetişdirməliyik. Futbola sərmayə yatıran iş adamları isə tələsirlər ki, yatırdıqları pulu qısa zamanda götürsünlər, qazanc əldə etsinlər. Elə olmur axı. Buna da zaman lazımdır. Mənim məqsədim odur ki, “Baku Sportinq”də, ən azı, Türkiyə çempionatında oynaya biləcək səviyyəli uşaqlar yetişdirə bilək.

Məqsədim bu futbol məktəbini böyük bir akademiyaya çevirməkdir

Vüqar, dediyin problemlər illərdir var və davam edir. Amma gedişat dəyişmir. Necə edək ki, gedişatı dəyişək? Uşaq futboluna pul yatırmaq haqda düşünən insanlar kimə baxıb nümunə götürsünlər ki, məsələn, filankəs uşaq futboluna sərmayə yatırdı, heyətə vaxt verdi və budur, nəticəsi var? Önümüzdə belə bir nümünə də yoxdur. Böyük futbolda nümunə kimi Qarabağı göstərə bilərik, amma uşaq futbolunda yoxdur belə nümunə

Əlbəttə, Qarabağı nümunə göstərməliyik. Qurban müəllimə 5-6 il vaxt verildi. Azarkeşlərin Ağdamda “istefa” qışqırdıqları vaxtlar da olub, ancaq hər bir şeyə dözdülər. Uşaq futbolunda isə biz nümunə olacağıq. Məqsədimiz də elə budur. Bu il bizim uşaqlardan bir neçəsini “Sabah” və “Səbail” istəyib. Ancaq vermədim. Çünki bilmirəm ki, o uşaqlar oraya getdikdən sonra onlara yaxşı baxacaqlar, ya yox? Buraya ilk gəldiyim gündən uşaqların təlim-tərbiyəsinə xüsusi diqqət yetirirəm. Təlim-tərbiyəsi istədiyim səviyyədə olmayan uşağı komandaya buraxmaram. Heç qapıdan içəri keçə bilməz. Çünki, misal üçün, oyun vaxtı ola bilər ki, hakim nəsə səhv etsin və uşaq gərək o anda özünü cilovlaya bilsin, hakimin üstünə coşmasın, artıq-əskik hərəkətlər etməsin. Uşaqların dərslərinə, qidalanmasına, yuxu rejiminə diqqət edirəm. Hər birinin gündəliyi var, məşqlərdə necə iştirak edirlərsə, ona müvafiq qiymət yazırıq. Valideynlərə hər dəfə deyirəm, bu uşaqlar maksimum saatyarım bizimlə olurlar, sutkanın qalan vaxtını sizinlə – ailələrində keçirirlər, onların təlim-tərbiyəsinə, qidalanmasına, yuxu rejiminə xüsusi nəzarət edin, bizə bu işlərdə kömək edin. Məqsədim bu futbol məktəbini böyük bir akademiyaya çevirməkdir. Ancaq bunun üçün həm dəstəyə, həm də zamana ehtiyacım var.

Uşaq futbol məktəbi kimi nümunəmiz olmasa da, Qəbələ Futbol Akademiyasını nümunə kimi göstərmək olar. Sənin dedikləriniQəbələ” Futbol Akademiyasının baş meneceri Nail Kərimovdan da eşitmişdim. Ona görə dejavü yaşadım. O, hətta deyirdi ki, uşaqların qulaq asdığı musiqilərə belə müdaxilə edirəm.

Bunları etməliyik. Uşaqlarımız vətənpərvər ruhda böyüməlidirlər. Bu gün bizim uşaqlar cəbhədə gedən döyüşlərdən də xəbərdardırlar, torpaqlarımızın azad olunmasından da.

Bizə nə topu ayağın içi ilə vurmağı, nə topu düzgün aparmağı, nə başla düzgün zərbə vurmağı, nə də “açılmağı” öyrədiblər

Bu gün uşaqlara tətbiq etdiyin sərt intizamı uşaq olanda məşqçilərin sənə də tətbiq edirdilər?

Biz uşaq olanda belə bir şey olsaydı, hazırda Avropada oynayardıq. Mənim uşaq məşqçim rəhmətlik Tofiq Rzayev və Musa müəllim olub. Topu atırdılar qarşımıza, deyirdilər, gedin oynayın. Bizə nə topu ayağın içi ilə vurmağı, nə topu düzgün aparmağı, nə başla düzgün zərbə vurmağı, nə də “açılmağı” öyrədiblər. Heç nə öyrətmirdilər. Nə edə bilmişiksə, Allah vergisi ilə etmişik. Hər dəfə  uşaqlara deyirəm ki, bax, sizi valideynləriniz aparır-gətirir. Sizin üçün əziyyət çəkir. Siz də onların haqqını verməlisiz. Hər zaman özümü uşaqlara misal göstərirəm. Tezdən oyanırdım, gedirdim Sumqayıt avtovağzalına. Ordan avtobusla “20 yanvar” metrostansiyasına, ordan da metro ilə “Ulduz” stansiyasına – “Şəfa” stadionuna məşqə gəlirdim. Qayıdanda da eyni marşrutla gəlirdim “20 yanvar” stansiyasında dönər alırdım ki, məşqdə itirdiyimi bərpa edim. Bütün çətinliklərə dözürdüm, çünki qarşıma məqsəd qoymuşdum. İndiki uşaqlar isə əziyyət çəkmək istəmirlər. Xəyalımızdakıları həyata keçirmək üçün bizə yaxşı baza lazımdır. Sağ olsun “Ruslan-93”-ün rəhbərliyi, bizə şərait yaradıblar, ancaq meydança burada kiçikdir. Daha böyük meydançaları olan bazaya ehtiyacımız var. Ötən il iki komanda ilə təmsil olunurduq, bu il sayı dördə çatdırmaq istəyirik. Tezliklə Regional Liqaya da komanda buraxmaq planım var, inşallah.

Bu barədə rəhbərliklə danışıq olub?

Bəli, olub. Sadəcə yer axtarırıq. Sağ olsun, AFFA da kluba inventor baxımından dəstək olur.

Gözaltı etdiyin yer var?

İki yer var. Biri Maştağa İdman Olimpiya Kompleksi, biri də Buzovnadakı baza. Köməklik etsinlər, birlikdə bir iş quraq, yaxşı iş quraq, yaxşı uşaqlar yetişdirək.Maştağa İdman Olimpiya Kompleksinin rəhbərliyi ilə danışıqlarımız olub, cavab gözləyirik. Klubumuzun rəhbəri öz cibinin vəsaiti hesabına saxlayır komandanı. Ancaq ona da dəstək olmaq lazımdır, bu, tək adamın işi deyil.

Əslində, belə bir fürsətimiz var idi. 5 illik dövlət proqramı qəbul edilmişdi. Biz o fürsətdən istifadə edə bildik?

Belə fürsət var idi, bəli. Həm etdik, həm də edə bilmədik. Mən o zaman “Qarabağ”da oynayırdım. Klub olaraq “Qarabağ” o fürsətdən yararlandı. Ancaq “Xəzər Lənkəran”, “Bakı”, “Karvan” gəldi-getdi. “Bakı”nın bazası söküldü. İndi orada hündürmərtəbəli bina tikilir. Biz bir-birmizə paxıllıq etməməliyik. Baxış tərzimizidəyişməliyik. Bu olmasa, heç birimiz qabağa gedə bilməyəcəyik.

Qarabağ”ın da uşaq futbol məktəbinə baxsaq, vəziyyət ürəkaçan deyil

Vüqar, istəyirəm, sonda natamam qalan futbolçu karyeran haqqında danışaq. Bir vaxtlar çox böyük ümidlər bəslənilən Vüqar niyə 31 yaşında klubsuz qaldı?

Bəzi məşqçilər fikirləşir ki, 31 yaşında futbolu qurtarmışıq. Amma elə deyil. Mən legionerlərin gətirilməsinin əleyhinə deyiləm, amma eləsini gətirsinlər ki, ondan nəsə öyrənə bilək. “Aşağı”dan gənc oyunçularımız gəlmir. “Qarabağ”da bir-iki gənc var. Amma “Qarabağ”ın da uşaq futbol məktəbinə baxsaq, vəziyyət ürəkaçan deyil. Nəsil dəyişikliyi üçün “aşağı”dan gənclər gəlməlidirlər. Özümə gəlincə, karyeramı tam bitirməmişəm. Gücümə də bələdəm. Özümü formada saxlayıram.

– Bəlkə son nöqtəni “İmarət”ə saxlayırsan?

– Olar, əlbəttə. Təki torpaqlarımız işğaldan azad olunsun.

Vüqar, söhbətə cəbhə ilə bağlı başladın, cəbhə ilə də bitirək. Ön cəbhəyə nə qədər yaxınsan?

Tez-tez Ağdamda yaşayan dostumla zəngləşirəm. Bakıda yaralıların yanına getmişdim. Həftəsonu da dəstək olmaq üçün gedəcəm. Bir ağdamlı, şəhid balası kimi ön cəbhədəkilər ilə görüşmək istəyirəm. Bu gün əlimə silah alıb gedə bilmirəm, cənab Ali Baş Komandan İlham Əliyev nə vaxt əmr versə, gedəcəyəm. Ön cəbhədə ola bilməsək də, arxa cəbhədə əsgərlərimizə dəstəyimizi əsirgəmirik.

Torpaqlarımız işğaldan azad olunanda ilk işim onun məzarını ziyarət etmək olacaq

Ağdam işğaldan azad olunduqdan sonra ilk gedəcəyin yer hara olacaq?

Atam Uzundərə adlanan yerdə şəhid olub, orda da dəfn edilib. Torpaqlarımız işğaldan azad olunanda ilk işim onun məzarını ziyarət etmək olacaq. Düzü qəbrinin yerini bilmirəm, əmilərim bilirdilər, onlar da rəhmətə gediblər. Ancaq atamın qohumları, döyüş yoldaşları qəbrin yerini bilirlər. Onlarla birlikdə gedib tapmağa çalışacağam. Açığı, heç bilmirəm, qəbri salamatdır, yoxsa dağıdılıb…

Vüqar, belə bir ifadə var: Top yumrudur, meydan düz. Bazaya daxil olanda gördüm, topunuz yumrudur. Mən sənə idarəçilik karyeranda kələ-kötürsüz, düz meydan arzulayıram!

Çox sağ olun, minnətdaram!

Saleh Arslan

Mina Musayeva

Son yazılar

To Top