Vüqar Mustafayev karyerasını başa vurur
16.05.2025 , 17:31

“Sumqayıt”ın kapitanı, yarımmüdafiəçi Vüqar Mustafayev futbolçu karyerasını başa vurur.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bununla əlaqədar sabah Misli Premyer Liqasının 35-ci turunda “Turan Tovuz”la oyunun startından öncə bir sıra tədbirlər keçiriləcək. Sözügedən görüş saat 17:00-da Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda başlayacaq.
