Vüqar Həşimovun xatirə turniri təxirə salındı
26.03.2020 , 18:21

Vüqar Həşimovun xatirəsinə həsr olunan ənənəvi“ShamkirChess” turniri təxirə salınıb.
Korner.az xəbər verir ki, mayın 20-dən 31-dək keçirilməsi planlaşdırılan yarış koronavirus pandemiyasının yayılmağına görə təxirə salınıb.
Bundan əlavə, mayın əvvəllərində Naxçıvanda keçirilməsi nəzərdə tutulan “Nakhcivan Open” turniri də keçirilməyəcək.
