“Vüqar Həşimov Memorialı-2022”
24.11.2022 , 21:35

“Vüqar Həşimov Memorialı-2022” beynəlxalq şahmat turnirinin vaxtı məlum olub.
Korner.az xəbər verur ki, sayca 8-ci olacaq yarış 17-24 dekabrda təşkil ediləcək. bu barədə yarışın baş direktoru Anar Allahverdiyev turnirə həsr olunmuş mətbuat konfransında açıqlama verib.
“Fairmont” hotelində dairəvi sistem üzrə keçiriləcək yarışın 2 iştirakçısı artıq məlumdur. Bunlar Şəhriyar Məmmədyarov və rumıniyalı Riçard Rapportdur.
