Vüqar Əsgərovun komandasından növbəti qələbə
23.09.2018 , 16:03

Latviya birinci liqasında 18-ci turun oyunları keçirilir.
Azərbaycanlı futbolçu Vüqar Əsgərovun formasını geyindiyi “Dauqavpils” səfərdə “RTU-Skonto”nu 1-0 hesabı ilə məğlub edib Vüqar start heyətdə meydana çıxıb və 46-cı dəqiqədə əvəzlənib.
23 qolla çempionatın bombardiri olan Əsgərov bu oyunda fərqlənə bilməyib.
“Dauqavpils” 18 turdan sonra 46 xalla 12 kollektiv arasında ikinci pillədə qərarlaşıb.
