Futbol üzrə Latviya birinci liqasında 8-ci turun oyunları keçirilib.
Korner.az-ın məlumatına görə, azərbaycanlı futbolçu Vüqar Əsgərovun formasını geydiyi “Olayne” doğma meydanda “Rezeknes”lə qarşılaşıb. Matç 1 – 1 hesablı bərabərliklə başa çatıb.
Start heyətdə meydana çıxan Vüqar sonadək oynayıb. Komandasının cavab qolunu da 78-ci dəqiqədə məhz həmyerlimiz vurub. Bu, onun cari mövsümdə vurduğu 5-ci qoldu. 8
