“Vulverhempton”un yeni baş məşqçisi məlum oldu
12.11.2025 , 20:30
“Vulverhempton” yeni baş məşqçisini açıqlayıb.
Korner,az xəbər verir ki, Premyer Liqa təmsilçisini Rob Edvards çalışdıracaq.
Klubun rəsmi açıqlamasına görə, Uelsli mütəxəssislə 2029-cu ilin yayına qədər müqavilə imzalanıb.
“Qurdlar” 42 yaşlı məşqçi üçün onun əvvəlki klubu “Midlsbro”ya 3 milyon funt-sterlinq təzminat ödəyib.
Xatırladaq ki, “Vulverhempton” bir neçə gün əvvəl Vitor Pereyra ilə yollarını ayırmışdı.