“Vorskla”nın hücumçusu: “Bu cür rəqiblərə qarşı…”
31.10.2018 , 16:52

“Qarabağ”ın oyununu ətraflı analiz etmişdik. Bilirdik ki, topa yaxşı nəzarət edirlər. Onlar bunu “Sportinq” və “Arsenal”la matçlarda da göstərmişdilər”
Bu sözləri “Vorskla”nın hücumçusu Vladislav Kulaç Ukrayna mətbuatına açıqlamasında deyib. Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda Bakıda “Qarabağ”a qarşı keçirdikləri görüşdən (1:0) danışan 25 yaşlı forvard daha çox müdafiədən oynamalarının səbəbini açıqlayıb:
“Bu cür rəqiblərə qarşı ikinci zonadan oynamağa çalışırıq. “Vorskla” praktiki olaraq, “Qarabağ”a qol epizodu yaratmaq imkanı vermədi. İlk hissədə bir qədər ehtiyatlı oynasaq da, fasilədən sonra vurduğumuz qol komandaya özünəinam gətirdi”.
Qeyd edək ki, “Qarabağ”la oyunda “Vorskla”ya qələbə qazandıran qola məhz Kulaç imza atıb.
