“Vorskla” “Qarabağ”la oyuna görə aksiya təşkil edəcək
31.10.2018 , 16:18

Avropa Liqasının qrup mərhələsinin iştirakçısı Ukraynanın “Vorskla” klubu “Qarabağ”la oyunda azarkeşlərin axınını təmin etmək üçün xüsusi aksiya keçirəcək
Poltava təmsilçisi “Qarabağ”la oyundan sonra milli çempionatda “Şaxtyor” klubu ilə qarşılaşmanın qiymətini cəmi 1 qrivna elan edib.
Qeyd edək ki, “Vorskla” – “Qarabağ” oyununun bilet qiyməti 50-dən 350 qrivnaya qədərdir.
Xatırladaq ki, bu qarşılaşma noyabrın 8-də Ukrayna vaxtilə saat 22:00-da keçiriləcək. “Vorskla” – “Şaxtyor” qarşılaşması isə noyabrın 11-də baş tutacaq.
