Volkovun “Zirə”də yubiley qolu
22.02.2021 , 17:44

Davit Volkov “Zirə”də 10-cu qolunu vurub.
Korner.az xəbər verir ki, gürcüstanlı legioner yubiley topuna Premyer Liqanın 16-cı turunda imza atıb.
“Keşlə” ilə səfər görüşündəki (2:2) qol Volkov üçün çempionatda 8-ci top olub.
Daha iki dəfə kubokda fərqlənən legioner “Zirə”dəki qollarının sayını ümumilikdə 10-a çatdırıb.
