Məlum olan Felipe Melo və Volkan Demirel arasında insident böyüməkdədi.
Korner.az-ın məlumatına görə, mübahisə Türkiyə Futbol Federasiyasına şikayət qədər ciddiyət alıb.
"Fənərbağça" tərəfi TFF-ya Felipe Melonun Superkubok finalında ingilis dilində Volkanın anasını söydüyünü bildirib. Bu barədə açıqlama verən Volkan:
"Bunların hamısı yaşandı. Melo penaltini qaçırdıqdan sonra anamı söydü. Bu barədə tədbir görmələrini qabaqcadan demişdim. İş uzanmasın deyə sakit dayanırdım", – cümlələrini işlədib. (fanatik)
