Volkan Demirəl məşqçiliyə başladı
05.09.2019 , 18:01

Türkiyə yığmasının sabiq qapıçısı Volkan Dəmirəl məşqçiliyə başlayıb.
Korner.az xəbər verir ki, “Fənərbağça” klubunun məşqçilər korpusunda yer alıb. Bu barədə klubun saytı məlumat yayıb.Volkan baş məşqçinin köməkçilərindən biri kimi fəaliyyət göstərəcəyi diqqətə çatdırılıb.
Qapıçı, 2002-ci ildə “Fənərbağça”ya transfer olunmuşdu və 17 il idi İstanbul klubunda çıxış edirdi.
