Avropa Liqasının bu gecə oynanılan "Fənərbağça" – "Benfika" yarımfinal qarşılaşmasında 1:0 hesablı qələbə qazanaraq finala yüksəlmək şansını artıran meydan sahiblərinin qapıçısı Volkan Dəmirəl klubun tarixinə düşüb.
Korner.az-ın məlumatına görə, Volkan "sarı-lacivərdli" forma ilə ən çox avrokubok oyununa çıxan futbolçusuna çevrilib.
"Benfika"yla oyun onun karyerasında 62-ci avrokubok oyunu olub. Bunadək rekordçu 61 oyunla Aleks de Souza idi.
