“Bu, yoldaşlıq oyunu idi, ancaq maraqlı keçdi. Biz toplanış çərçivəsində dörd oyun keçirdik: Birində qələbə qazandıq, iki heç-heçə etdik, bir oyunda məğlub olduq”.
Korner.az-ın məlumatına görə, bu sözləri “Neftçi” ilə oyundan sonra “Fənərbaxça”nın qapıçısı Volkan Dəmirəl deyib.
Türkiyə millisinin üzvü “Neftçi” ilə oyunla bağlı da danışıb: “Azərbaycan futbolu hazırda yüksəlişdədi, bu, görünür. Təsnifat mərhələlərinin birində yığmaların görüşünü xatırlayıram (o zaman komandalar evdə 1:0 hesablı qələbə qazanmışdı – red.). Ancaq düzünü deyim, milli komanda ilə klubu müqayisə etmək, məncə, düzgün deyil”.
Volkan yayda “Fənərbaxça”nın heyətdə “Xəzər Lənkəran”a qarşı oynamış və 4:0 hesablı qələbə qazanmışdı. Qolkiper iki Azərbaycan komandasını müqayisə etmək istəməyib: “Lənkərandakı oyunu xatırlamaq istəməzdim. Hesabı özünüz də xatırlayırsınız. Baxın, özünüz kimn güclü olduğunu müəyyən edin: “Neftçi”, yoxsa “Xəzər Lənkəran”.
