“Fənərbağça”lı qapıçı Volkan Dəmirəl və bir çox insana qarşı dələduzluq etmiş bank müdiri Canər Baltaya hökm oxunub.
Korner.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə dələduzluqda ittiham olunan şəxs 12 il müddətinə azadlıqdan məhrum olunub.
Xatırladaq ki cinayətkar Volkan Dəmirəl və bir çox başqa insanın şəxsi bank hesablarından qanunsuz yolla pul çəkmişdi.