"Fənərbağça"nın qapıçısı Volkan Dəmirəl Türkiyədə "Lig"tv kanalının qonağı olub. Həyatında gördüyü yaxşı və pis futbolçuları, oynadıqları ən yaxşı oyunları dəyərləndirən qolkiper maraqlı açıqlamalar verib.
Korner.az-ın məlumatına görə, həyatına ən çox üzüldüyü matçın iki il bundan əvvəl 1:1 bitən "Trabzonspor" oyunu olduğunu deyən Volkan bunları deyib: " "Sevilya" matçını unuda bilmərəm. Həyatımda gördüyüm ən yaxşı qol vuran futbolçu Semihdir. Ən bacarıqlı oyunçu Recep Niyaz. Həyatımda gördüyüm ən pis futbolçu isə Xosikodur. Mənə tərs olan oyunçu Umut Bulutdur. Hər şeyi şişirdən futbolçu isə Necati Ateşdir. Ən varlı oyunçular isə Səlçuk və Əmrədir."
