Türkiyə Super Liqasının final mərhələsində qarşılaşan "Fənərbağça" "Beşiktaş" oyunundan sonra "sarı-lacıvərdlilər"in qapıçısı Volkan Dəmirəl maraqlı açıqlamalar verib.
Korner.az-ın məlumatına görə, "Beşiktaş"ın futbolçusu Edu ilə girdiyi mübarizə sonrası yüngül zədə alan Volkan bunları deyib: "Mən topu tutdum. Edu daha nə üstümə gəlirdi. Ayağıma 8 dikiş vuruldu. Daha sonra paltardəyişmə otağında 9 dikiş daha atıldı. Əgər buts mismarlı olsaydı xəstəxanalıq olardım. Matçdan sonra Edu məndən üzr istədi. Lakin bu üzrü qəbul etmirəm."