“Volfsburq” Tomas Reisi baş məşqçi postuna çağırmaq istəyir
12.11.2025 , 21:51
Almaniyanın “Volfsburq” klubu baş məşqçi postu üçün Tomas Reisi nəzərdən keçirir.
Korner.az xəbər verir ki, klub rəhbərliyi son vaxtlar komandada istənilən nəticəni görə bilmədiyi üçün mövsümün qalan hissəsində təcrübəli alman mütəxəssisə güvənmək niyyətindədir. İlk danışıqlar artıq aparılıb və əməkdaşlıq şərtləri üzərində müzakirələr davam edir.
Hazırda “Samsunspor”u çalışdıran Tomas Reisin sərbəst qalma bədəli 200 min avrodur və bu məbləğin “Volfsburq” üçün problem yaratmayacağı bildirilir. Müqavilənin yaxın günlərdə rəsmiləşəcəyi gözlənilir.
Reis əvvəllər “Bohum” və “Şalke 04”də çalışıb. Onun Bundesliqada qazandığı təcrübə və gənc oyunçularla işləmək bacarığı “Volfsburq” rəhbərliyinin əsas üstünlük verdiyi məqamlardandır. Klub yeni məşqçi ilə həm komandanın oyun stilini, həm də nəticələrini yaxşılaşdırmaq niyyətindədir.