“Volfsburq” yeni mövsümdə də Almaniya Bundesliqasında oynayacaq.
Komanda pley-off-un cavab oyununda “Kiel” 1:0 hesabı ilə qalib gələrək (ilk oyun – 3:1) yüksək dəstədəki yerini qoruyub. “Kiel” isə növbəti mövsüm də ikinci Bundesliqada mübarizə aparacaq.
Qeyd edək ki, “Volfsburq” ölkə çempionatını 16-cı pillədə başa vurmuşdu.
