Voleybolçu mədə xərçəngindən vəfat etdi
12.05.2023 , 21:50
Braziliya millisinin keçmiş voleybolçusu Paula Borqo 29 yaşında vəfat edib.
Korner.az xəbər verir ki, mədə xərçəngindən əziyyət çəkən Paula, mayın 11-i müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Paula Borqonun Braziliyanın “Barueri” klubu ilə müqavilə imzalamaq üçün keçdiyi sağlamlıq yoxlamaları zamanı mədə xərçəngi olduğu müəyyən edilmişdi.