Premyer Liqanın 14-cü turunda “Qəbələ” ilə qarşılaşmanın ilk hissəsində zədələnərək meydanı tərk edən Julius Vobay “Sumqayıt”la qarşılaşmada da iştirak etməyəcək.
Korner.az-ın məlumatına görə, syerra-leoneli yarımmüdafiəçi zədəsini tam sağaltmayıb, hələki fərdi məşqlərlə kifayətlənir.
“Neftçi”-“Sumqayıt” oyunu dekabrın 14-ü, saat 17:00-da “Bakcell Arena”da baş tutacaq.
