Vlahoviçin maaş tələbi transferi çətinləşdirir
18.11.2025 , 10:35
Serbiyalı hücumçu Duşan Vlahoviçin “Yuventus”la müqaviləsinin yenilənməsi hələ də baş tutmayıb.
Korner.az xəbər verir ki, Turin təmsilçisi qış transfer pəncərəsində futbolçunun satışına razılıq verə bilər. Lakin oyunçunun illik 12 milyon avro məvacib tələbi mümkün transferlərə mane ola bilər.
25 yaşlı hücumçuya “Barselona”, “Bavariya”, “Mançester Yunayted”, “Tottenhem”, “Atletiko”, “Milan” və “Fənərbağça”nın maraq göstərdiyi bildirilir.
Vlahoviç mövsüm ərzində bütün turnirlərdə 15 görüşdə forma geyinib, 6 dəfə qol sevinci yaşayıb və 1 məhsuldar ötürmə edib.