Vlahoviç “Yuventus”dan ayrılır?
12.01.2026 , 10:45
“Yuventus”un serbiyalı hücumçusu Duşan Vlahoviç İtaliyanın digər klubuna keçə bilər.
Korner.az xarici KİV-ə istinadən xəbər verir ki, “İnter” forvardı azad agent kimi transfer etməyi planlaşdırır.
Vlahoviçin “Yuventus”la müqaviləsi mövsümün sonunda başa çatacaq.
Bu mövsüm o, bütün yarışlarda 17 oyuna çıxaraq 6 qol vurub və 2 məhsuldar ötürmə edib.