Vlahoviç bu dəfə Fransa klubunun hədəfində
16.06.2025 , 11:53

“Yuventus”un hücumçusu Duşan Vlahoviç karyerasını Fransada davam etdirə bilər.
Korner.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
25 yaşlı forvardın xidmətində PSJ maraqlıdır.
Vlahoviçin hazırkı transfer dəyəri 45 milyon avro qiymətləndirilir.
O, son mövsümdə “Yuventus”un heyətində 41 oyunda iştirak edib, 15 qol vurub və 5 məhsuldar ötürmə verib.
