Vlahoviç “Barselona”nın hədəfində
04.04.2025 , 13:28

“Yuventus”un futbolçusu Duşan Vlahoviç karyerasını İspaniyada davam etdirə bilər.
Korner.az-ın məlumatına görə, serbiyalı forvard “Barselona”nın maraq dairəsindədi.
Kataloniya klubu təcrübəli forvardla hücum yollarındakı problemi aradan qaldırmaq niyyətindədi.
“Barsa” tərəfi ən geci yayda Duşanı komandaya transfer etmək üçün hərəkətə keçəcək.
