Vlahoviçə Avropadan maraq davam edir
12.02.2026 , 10:30
İspaniya və Almaniyanın nüfuzlu klubları serb hücumçu Duşan Vlahoviçlə maraqlarını saxlayır.
Korner.az xarici KİV-ə istinadən xəbər verir ki, “Yuventus”la aparılan danışıqlar dayandırılıb, lakin futbolçunun digər komandalarla hələ hər hansı razılaşması yoxdur.
“Barselona” Levandovskinin yerini doldurmaq üçün Vlahoviçi istəyir, “Bavariya” isə onun xidmətinə maraq göstərir.
Lakin son görüşlər ötən ilin payız aylarında baş tutub və rəsmi təklif verilməyib. Eyni zamanda, “Milan” da serb hücumçunu transfer siyahısında saxlayır.
Bu mövsüm 26 yaşlı Vlahoviç Seriya A-da 13 oyunda meydana çıxıb və 3 qol vurub.