Topaz Premyer Liqasının 5-ci turunda “Rəvan” səfərdə “Sumqayıt”a
qalib gələrək mövsümdə ilk qələbəsini qazandı – 1:0.
Korner.az-ın məlumatına görə, oyundan sonra keçirilən mətbuat
konfransında qonaq komandanın baş məşqçisi Vladislav Qədirov oyundan tan razı
qalmadığını bildirib:
Vladislav Qədirov, “Rəvan” klubunun baş məşqçisi: “Komandamı qələbə
münasibəti ilə təbrik edirəm. Oyundan tam razı qalmasam da, əsas nəticədir, 3
xalı qazandıq. Bütün azarkeşlərimizi ilk qələbə ilə təbrik edirəm”.
