Topaz Premyer Liqasının VIII turunda “Rəvan” AZAL-ı qəbul edib.
Korner.az-ın məlumatına görə, tərəflər çox çalışsa da, oyunda hesab açılmayıb.
Oyundan sonra müsahibəsində “Rəvan”ın baş məşqçisi Vladislav Qədirov bu fikirləri söyləyib: “Komandama inanıram. Bu gün əsas məqsəd məğlub olmamaq idi. Hər iki komanda ehtiyyatlı oynadı. Vurulan bir qol oyunun taleyini həll edə bilərdi. Oyundan öncə AZAL daha rahat görünürdü, xal ehtiyyatları bizə nisbətən daha çoxdur. Hər iki komandanın qol şansları oldu”.