Bu gün start götürəcək Avropa çempionatının ilk turu çərçivəsində keçiriləcək Rusiya və Çexiya matçını birincilərin prezidenti Vladimir Putin və baş nazir Dmitri Medvedev də izləyəcək. Korner.az-ın məlumatına görə, Polşa və Ukraynada keçiriləcək AÇ-2012 çərçivəsində Rusiyanın ilk matçını ölkə başçısı və baş nazir stadiondan canlı izləyəcəklər.
Qeyd edək ki, Vroçlav şəhərinin “Meyski” stadionunda keçirilən görüş Bakı vaxtilə 23:45-də start götürəcək.
