big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

Vladimir Levin: “Gizlətməyəcəyəm ki…” – MÜSAHİBƏ

12.06.2012 , 20:27

"İnter"in kapitanı Vladimir Levin klubun rəsmi saytına müsahibə verib. Korner.az-ın məlumatına görə, milliləşdirilən ukraynalı müdafiəçi başa çatmış mövsümün nəticələri, üzvü olduğu Azərbaycan yığmasının son təlim-məşq toplanışı haqda danışıb, komandasının avrokuboklarda şanslarını qiymətləndirib.

– Ötən mövsüm çox çətin alındı, lakin buna baxmayaraq komanda finişi 3-cü yerdə başa vurdu ki, bu da ona avrokuboklarda çıxış etməyə imkan verdi. Başa çatmış mövsüm haqqında fikirlərini bilmək istərdik…
– Birinci dövrədə yaxşı nəticələr göstərdik. Çempionatın final hissəsində mübarizə aparmaqda davam etdik və onun nəticələrinə görə mövsümü 3-yerdə başa vurduq. Hesab edirəm ki, bu, bizim üçün pis nəticə deyil.

– Azərbaycan milli komandasının toplanışından bu yaxınlarda qayıtmısan. Bu toplanışların və yoldaşlıq oyunlarının nəticələrini necə qiymətləndirirsən? Axı Andorra (0:0) ilə matç tənqid və narazılıq doğurdu.
– Andorra ilə matç barədə deyim ki, oyunumuz alındı, lakin çatışmayan qol oldu. Əgər biz çoxsaylı vəziyyətlərimizdən yararlana bilsəydik, o zaman vəziyyət başqa olardı. Yaponiya ilə görüş haqqında demək istəyirəm ki, orada oynamaq bizim üçün çox çətin idi. Ola bilər ki, böyük məsafə qət etməyimiz təsir göstərdi. Bir də ki, rəqib bizdən güclü idi.

– Çempionatın başa çatmasından sonra mətbuatda belə məlumat dolaşırdı ki, komandanı dəyişmək istəyirsən…
– Səmimi deyim ki, bunun üçün müəyyən zəminlər vardı, ancaq "İnter"də qalmağa qərar verdim. Bu, artıq "İnter"in heyətində keçirəcəyim 9-cu mövsüm olacaq.

– Digər futbolçularla müqayisədə daha az istirahət etdin. Ağır mövsümdən və milli komandanın toplanışlarından sonra məşq prosesinə uyğunlaşmaq çətin olmadı?
– Xeyr, çətin olmadı. Ötən mövsümdən uzaqlaşmaq üçün kifayət qədər vaxtım oldu. Evdə yaxşı dincəldim, ailəmlə birlikdə istirahət etdim. İstər fiziki, istərsə psixoloji planda gərginliyi aradan qaldırmağa müyəssər oldum.

– "İnter"i qarşıda Avropa Liqasında çıxış gözləyir. Necə düşünürsən, komanda bu turnirdə məqsədlərinə çata biləcək?
– Azərbaycan klubları hər mövsüm qarşılarına avrokuboklarda maksimal məqsədlər qoyurlar, təəssüf ki, müxtəlif səbəblərə görə məqsədlərinə çata bilmir. Burada çox şey püşkatmadan da asılıdı. "Qarabağ"ın Avropa Liqasında necə yaxşı çıxış etdiyini xatırlayırsınız? Lakin sonradan onların qarşılarına Dortmundun "Borussiya" komandası çıxdı.

– "İnter"in ilk təsnifat mərhələsində qarşılaşa biləcəyi komandaların siyahısı artıq məlumdu. Maraqlıdı, bu komandalardan hansını klubun rəqibi qismində görmək istərdin?
– Bəli, mən potensial rəqiblərimizlə tanış olmuşam və deyim ki, onların arasında çox sayda yaxşı komanda var. Gizlətməyəcəyəm ki, bir qədər asan rəqiblə oynamaq istərdim. Lakin istənilən halda hər şey özümüzdən asılıdı. Rəqibdən asılı olmayaraq özümüzü yaxşı tərəfdən göstərməliyik. Uğurlu nəticə əldə etmək üçün bizə var gücümüzü ortaya qoymaq və yaxşıca çalışmaq lazımdı.

– "İnter" mövzusundan uzaqlaşaq. Artıq Avropa çempionatı başlayıb və çempionatın ev sahiblərindən biri vətəniniz Ukraynadı. Turnirin favoriti olaraq hansı komandanı görürsən?
– Bəli, AÇ-2012 turnirinin ev sahiblərindən biri də Ukraynadı və turnirin hər-hansı bir xoşagəlməz hadisə olmadan keçməsini çox istərdim. Ümid edirəm ki, təşkilati məsələlər baxımından problem baş qaldırmayacaq. Favorit barədə heç nə deyə bilməyəcəyəm. Əlbəttə, İspaniya və Almaniya kimi güclü komandalar var, lakin digər komandalar da yaxşıdı, bu turnirdə zəif komandalar yoxdu. Buna görə də, müəyyən sürprizlər gözləmək olar. Nə etmək olar, turnirin gedişini ancaq izləmək və hadisələrin inkişafını gözləmək qalır. Zaman göstərəcək.

– Maraqlıdı, Ukrayna milli komandasının üzvlərindən kiminləsə əlaqə saxlayırsan?
– Xeyr, milli komandada belə futbolçu yoxdu, mən ölkəni çox gənc yaşımda tərk etmişəm. Lakin Ukrayna çempionatında çıxış edən bir neçə futbolçuyla əlaqə saxlayıram. Ünsiyyət saxlayırıq, zəngləşirik və imkan düşəndə görüşürük.

Son yazılar

To Top