Vitsel “Borussiya”da
06.08.2018 , 16:54

Aksel Vitsel Çinin “Tyanszyan Syuantszyan” klubunu tərk edib
Belçikalı yarımmüdafiəçi karyerasını Dortmund “Borussiya”sında davam etdirəcək.
29 yaşlı futbolçu üçün Bundesliqa təmsilçisi 20 milyon avro ödəyəcək.
Vitsel yeni klubu ilə 4 illik müqavilə imzalayacaq. Onun illik qazancı 10 milyon avro olacaq.
Qeyd edək ki, Vitsel artıq sabah İsveçrəyə yollanaraq yeni klubunun təlim-məşq toplanışına qatılacaq.
