Vitinya “Real”ı dünya futbolunun zirvəsi sayır
09.02.2026 , 22:00
PSJ-nin yarımmüdafiəçisi Vitinya son günlər “Real”la bağlı yayılan transfer iddialarının mərkəzindədir.
Korner.az xarici KİV-ə istinadən xəbər verir ki, Madrid təmsilçisi hazırkı heyətdə mərkəz xəttini əsas problemlərdən biri kimi görür və bu mövqe üçün gücləndirmə planı üzərində işləyir.
“Real”da çıxış etmək ehtimalı portuqaliyalı futbolçunun özünü də maraqlandırır. Vitinya PSJ-də vəziyyətindən razı olsa da, Madrid klubunu dünya futbolunun ən yüksək səviyyəsi hesab edir.
Xəbərdə bildirilir ki, “kral klubu”nun rəsmi təklifi olacağı halda, 25 yaşlı yarımmüdafiəçi transfer variantını ciddi şəkildə nəzərdən keçirməyə hazırdır.
Qeyd edək ki, Vitinyanın PSJ ilə müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir. O, bu mövsüm bütün turnirlərdə 32 oyunda 6 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.