“Əlbəttə, Azərbaycanın dəstəyi bizim üçün çox vacibdir. Azərbaycanlı həmkarlarımızla – Gənclər və İdman Nazirliyinin rəhbərliyi ilə yaxşı münasibətlərimiz var”
Bunu “Moskva-Baku”ya açıqlamasında Rusiyanın baş nazirinin idman, turizm və gənclər siyasəti üzrə müavini Vitali Mutko deyib. O, bildirib ki, azərbaycanlı həmkarlarının sanksiyalarla üzləşən rusiyalı idmançılara dəstəyi çox vacibdir: “Rusiyanın, idmançılarımızın ünvanına sübutsuz ittihamlar səslənir. Bu, hər kəsin başına gələ bilər. Əsas odur ki, idman dünyası siyasiləşmədən uzaqlaşmalıdır. Bütün ölkələrə eyni münasibət olmalıdır. Azərbaycanlı həmkarlarımızın qanunsuz kənarlaşdırılan, kollektiv məsuliyyət prinsipi tətbiq olunan idmançılarımızı dəstəkləməsi çox vacibdir”.
