Milli komandaların baş məşqçilərinin reytinq siyahısı açıqlanıb.
Korner.az-ın məlumatına görə, ilk pilləni son Avropa və dünya çempionu İspaniya milli komandasının baş məşqçisi Visente del Boske tutur. Del Boske 21.816 xalla bütün rəqiblərini qabaqlayır. İkinci pilləni alman Yoahim Löv (18.990), üçüncü pilləni isə hollandiyalı Bet van Marveyk tutur (15.252).
Azərbaycan millisinin baş məşqçisi Berti Foqts isə 2781 xalla 99-cu pillədə qərarlaşıb.
