Vircil Van Dayk: “Almaniya ilə görüşdə favorit deyilik”
24.03.2019 , 11:19

Hollandiya millisinin Vircil Van Dayk Almaniya ilə görüş öncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
27 yaşlı müdafiəçi Almaniya ilə görüşün favoriti olmadıqlarını və yaxşı nəticə üçün oynayacaqlarını deyib.
“Almaniya hazırda yaxşı vəziyyətdə deyil, amma bununla belə görüşün favoriti biz deyilik. Onlar hər zaman təhlükəlidir. Ümid edirəm ki, yaxşı nəticə ilə meydandan ayrılacağıq.”
Qeyd edək ki. “AVRO-2020”-nin seçmə mərhələsi çərçivəsində keçiriləcək Hollandiya – Almaniya görüşü bu gecə Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
