Vinisius Junior “Arsenal”a keçə bilər
14.01.2026 , 12:30
“Real”ın braziliyalı hücumçusu Vinisius Junior yay transfer pəncərəsində “Arsenal”a keçə bilər.
Korner.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.
Xəbərdə bildirilir ki, əgər Vinisius Madrid klubundan ayrılarsa, “Real” onun yerinə “Arsenal”ın vingeri Qabriel Martinellini transfer etməyi planlaşdırır.
Həmçinin, komandalar Vinisius–Martinelli dəyişməsi variantını da nəzərdən keçirirlər.
Cari mövsümdə 24 yaşlı Martinelli 24 oyunda 9 qol vurub və 1 məhsuldar ötürmə edib, 25 yaşlı Vinisius isə 27 matçda 6 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.