“Vilyarreal”dan yeni transfer
17.06.2025 , 20:30
“Vilyarreal” heyətini yeni futbolçu ilə gücləndirib.
Korner.az xəbər verir ki, La Liqa təmsilçisi “Las Palmas”dan Alberto Moleyronu transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
21 yaşlı oyunçu ilə müddəti 2030-cu ilin yayına qədər olan müqavilə imzalanıb.
“Vilyarreal” ispaniyalı üçün 16 milyon avrosundan keçib.
