“Vilyarreal”da zədəlilərin son durumu
27.10.2020 , 11:56

Avropa Liqasının qrup mərhələsinin 2-ci tru çərçivəsində “Qarabağ”la qarşılaşacaq “Vilyareal” sözügedən oyuna iddi itkilərlə çıxacaq.
Korner.az-ın məlumatına görə, komandanın zədəli oyunçuları Alberto Moreno, Pervis Estupinyan və Dani Parexo Ağdam klubu ilə görüşdə meydana çıxa bilməyəcək.
Dizində zədəsi olan Funes Morinin isə görüşdə iştirakı sual altındadır.
Qeyd edək ki, “Qarabağ”ın Avroliqanın qrup mərhələsinin 2-ci turunda oktyabrın 29-u “Vilyarreal”la qarşılaşacaq. Dağlıq Qarabağdakı gərgin vəziyyətlə əlaqədar görüş Bakıda yox, Türkiyənin “Başakşəhər Fatih Terim” stadionunda keçiriləcək.
