“Vilyarreal”da yeni müqavilə
10.05.2023 , 15:42

“Vilyarreal” təcrübəli müdafiəçisi Raul Albiol ilə müqaviləni uzadıb.
Korner.az xəbər verir ki, La Liqa təmsilçisinin futbolçu ilə 1 illik yeni müqavilə imzaladığı açıqlanıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
37 yaşlı müdafiəçi “Vilyarreal”a 2019/2020 mövsümündə “Napoli”dən keçmişdi.
