“Vilyarreal” “Lester Siti”nin futbolçusunu transfer etdi
08.01.2019 , 10:22

İspaniya La Liqa təmsilçisi “Vilyarreal” heyətini gücləndirib.
“Sarı sualaltı qayıq” “Lester Siti”dən Visente İborranı 10 milyon avro qarşılığında transfer edib. 30 yaşlı yarımmüdafiəçi ilə 2023-cü ilin yayına kimi müqavilə imzalanıb.
Qeyd edək ki, “Levate”nin yetirməsi 2017-ci ildə “Sevilya”dan “Lester Siti”yə 14 milyon avro qarşılığında keçmişdi.
