Bu mövsüm İspaniya La Liqasında sonuncu yerlərdə qərarlaşan və aşağı diviziona düşən "Vilyareal" klubunda daha bir şok yaşanıb.
Korner.az-ın məlumatına görə, çərşənbə günü klubun baş məşqçi postuna Manolo Prekiadonu gətirən "sarı dənizaltılar", bu sabah çalışdırıcının ölüm xəbərini alıblar.
"Sportinq"in (Xixon) sabiq 54 yaşlı baş məşqçisi səhər saatlarında infarkt keçirərək dünyasını dəyişib.
