İspaniya La Liqasının 22-ci turunda “Vilyareal” “Malaqa” nı qəbul edib.
Korner.az-ın məlumatına görə, matçda qalib müəyyənləşməyib.
Qarşılaşmanın 14-cü dəqiqəsində “Malaqa” Çarles ilə hesabı açıb. Oyunun 63-cü dəqiqəsində “Vilyareal”ın futbolçusu Bruno Soriano penalti zərbəsi ilə fərqlənərək hesabı bərabərləşdirib. Oyunda başqa qol olmayıb. Beləliklə, yekun hesab: “Vilyarel” 1-1 “Malaqa”
Bu nəticədən sonra “Vilyareal” 36 xalla 6-cı yerdə qərarlaşıb. “Malaqa” isə 23 xalla 14-cü sıradadır.
