“Arsenal”lı Cek Vilşer dünənki ÇL pley-off mərhələsi cavab qarşılaşması çərçivəsində “Beşiktaş”la keçirilən oyunda penalti epizodunu dəyərləndirib.
Korner.az-ın məlumatına görə, oyundan sonra “Sky Sports”a danışan Vilşer Mottaya toxunduğunu etiraf edib:
“Düşünürəm ki, təmas vardı. Topa müdaxilə etmək istədim, ayağım sürüşdüyündən biraz sərt oldu”
Arsen Venqer də penalti epizodunda bəxtlərinin gətirdiyini bildirib.
