Villian rəsmən “Arsenal”da
14.08.2020 , 17:10

“Arsenal” heyətinə yeni futbolçu cəlb edib.
Korner.az xəbər verir ki, London klubu “Çelsi”dən ayrılan Villianı heyətinə qatıb.
32 yaşlı vingerlə 3 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Villian 2013-cü ildən “Çelsi”də çıxış edirdi.
