“Çelsi”nin futbolçusu Villian komandadan gedib-getməyəcəyini açıqladı.
Korner.az-ın məlumatına görə, futbolçu London klubunu tərk etmək niyyətində deyil:
“Çelsi” ilə 2020-ci ilə qədər müqavilə müddətim var. Burada azarkeşlər də daxil olmaqla, bütün işçilərlə münasibətim yaxşıdı. Komandamız yenidən Çempionlar Lİqasında oynayacaq. Bu mükafatı da qazanmaq istəyirik”
Villian “Mançester Yunayted”in onunla maraqlandığını açıqlamışdı
