“Barselona”nın baş məşqçisi Tito Vilanova rəhbərliyin qarşısına 4 futbolçunun transfer olunmasını istədi.
Korner.az-ın “Eurosport”a istinadən verdiyi məlumata görə, səhəti ilə əlaqədar Kataloniya klubu ilə birgə çox olmayan Vilanova yeni mövsüm üçün “düyməni” indidən basdı.
44 yaşlı baş məşqçinin siyahısında olan futbolçular isə “Santos”dan Neymar, “Malyorka”dan İsko, PSJ-dən Tiaqo Silva və Dortmund “Borussiya”sından İlkay Gündoğandı. “Barsa” PSJ-yə Tiaqo Silvanın transferi qarşılığında 45 milyon avro və Pedronu verəcəyini açıqladı.
Neymarın klubundan ayrılmaq istəməməsi və “Santos”un da futbolçunu buraxmaq istəməməsi bu transferə mane olan amillərdəndi.
