“Viktoriya” – “Qarabağ” oyunu üçün əlavə biletlər satışa çıxarıldı
19.08.2022 , 17:25

Çemoionlar Liqasının pley-off mərhələsində keçiriləcək “Viktoriya” (Çexiya) – “Qarabağ” cavab matçı üçün satışa əlavə biletlər çıxarılıb.
Korner.az xəbər verir ki, bu barədə Plzen təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Ən ucuz biletin qiyməti 420 Çexiya kronu (təxminən 30 manat), ən bahalı biletlər isə 890 Çexiya kronudur (təxminən 62 manat).
Avqustun 23-də “Dusan Arena№da baş tutacaq bu qarşılaşmaya Bakı vaxtı ilə saat 23:00-da start veriləcək. Bakıdakı ilk matç qolsuz bitib.
