Moskva “Spartak”ı və “Mançetser Yunayted”in keçmiş futbolçusu Nemanya Vidiç karyerasını bitirib.
Korner.az-ın məlumatına görə, bu haqda futbolçunun özü məlumat verib.
Keçmiş müdafiəçi bunları deyib:
“Artıq butsları mıxçadan asmağın vaxtı gəldi. Son illərdəki zədələr öz işini gördü. Oynadığım bütün komandalara və onların azarkeşlərinə öz təşəkkürümü bildirirəm”
