VİDEO: Simeonedən qeyri-etik qol sevinci
21.02.2019 , 10:30
“Atletiko”nun baş məşqçisi Dieqo Simeone Çempionlar Liqasının 1/8 finalının ilk oyunu çərçivəsində bir qədər əvvəl başa çatan “Yuventus”la oyunda (2:0) qeyri-etik hərəkəti ilə yadda qalıb.
Argentinalı mütəxəssis komandasının ilk qolundan sonra sevincini bölüşərkən emosiyalarına hakim ola bilməyib.
Simeone bu cür addımları ilə əvvəllər də gündəmə gəlib.
